İDMAN


Azərbaycan Basketbol Liqasında 16-cı tura start verilib

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də “Sərhədçi” İdman Mərkəzində “AAAF Xırdalan” və “Sabah” basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasında 16-cı turun açılış oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, oyuna üstün başlayan “Sabah” basketbolçuları oyunun sonunda parketdən 82:63 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular isə “AAAF Xırdalan”dan Devin Pullum (22 xal, 4 asist ), “Sabah”dan Entoni Patti (20 xal, 13 ribaund) olub.

Qeyd edək ki, 16-cı turun digər oyunları (“Sərhədçi PİK” – “Neftçi İK”, “Zirvə Astara” – “Gəncə”, “Olimpik Şəki” – “NTD BK”) fevralın 2-də, 4-də və 5-də təşkil olunacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.