İDMAN


Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də "Sərhədçi" İdman Mərkəzində "NTD BK" və "Zirvə Astara BK" basketbolçuları arasında 17-ci turun açılış oyunu baş tutub.

AZƏRTAC xəbər verir ki, qarşılaşmadan əvvəl Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Oyuna üstün başlayan "NTD BK" basketbolçuları yekunda 92-79 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Londel Kinq - 36 xal, 11 ribaund ), "Zirve Astara BK" ( Ruşard Kruikşenk - 23 xal, 2 asist).

Qeyd edək ki, 17-ci turun digər görüşləri ("Gəncə BK" - "AAAF Xırdalan BK", "Olimpik Şəki BK" - "Sərhədçi PİK", "Sabah BK" - "Neftçi İK") fevralın 11, 12 və 13-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.