CƏMİYYƏT


Azərbaycan Batumidə keçirilən sərgidə təmsil olunub

Tbilisi, 10 may, AZƏRTAC

Mayın 10-da Acarıstan Muxtar Respublikasının Batumi şəhərində 12-ci beynəlxalq mehmanxana avadanlığı və tibbi turizm sərgisi - “EXPO BATUMI TRAVEL / EXPO MED 2019" açılıb.

Azərbaycanın Batumidəki Baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, sərgi Acarıstan hökuməti, Acarıstan Turizm və Kurortlar Departamenti, Batumi şəhər meriyası, Acarıstan Ticarət-Sənaye Palatası və Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının himayədarlığı ilə keçirilib.

Batumidəki Baş konsulluğun təşkilatçılığı ilə sərgidə Azərbaycanın “Buta Airways” aviaşirkətinin, “Premier Travel”, Naxçıvan Muxtar Respublikasının turistik şirkətlərinin nümayəndələri təmsil olunublar.

Sərgidə ölkəmizlə yanaşı, Gürcüstan, Ukrayna, Türkiyə, Rusiya, İran, Almaniya, Belarus, Niderland, Polşa, Litva, Latviya, Estoniyadan olan şirkətləri iştirak ediblər.

Sərginin əsas məqsədi ölkədə tibbi innovasiyalarının yaradılması, turistik yerlərin inkişafı, konfrans, seminar və informasiya turlarının təşkilidir.

Tədbir Adjara Tv, Tv 25, “Adjara” qəzeti media resurslarında işıqlandırılıb.

Sərgi GeoNet Express şirkəti tərəfindən keçirilib.

Qeyd edək ki, cari ilin iyunun 14-dən etibarən “Buta Airways” aviaşirkəti Bakı-Batumi marşrutu üzrə birbaşa reyslər həyata keçirməyə başlayacaq.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.