SİYASƏT


Azərbaycan-Bəhreyn əməkdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycan-Bəhreyn əməkdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb

Qahirə, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifəyə ünvanladığı məktub Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayaniyə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının Azərbaycanla Bəhreyn arasında dostluq əlaqələrinin və əməkdaşlığın daha da inkişaf etdiriləcəyinin də vurğulandığı məktubu ölkəmizin Krallıqdakı səfiri Şahin Abdullayev təqdim edib.

Azərbaycanın səfiri və Bəhreynin xarici işlər naziri arasında keçirilən görüşdə iki dost ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qeyd ediblər ki, bu kontekstdə cari ilin fevralında Manamada iki ölkənin Xarici İşlər nazirlikləri arasında aparılan məsləhətləşmə və martın 29-da Almaniyada keçirilmiş 8-ci Berlin enerji keçid dialoqu tədbiri çərçivəsində Azərbaycan və Bəhreynin xarici siyasət idarələrinin rəhbərlərinin görüşü çox məhsuldar olub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.