İQTİSADİYYAT
Azərbaycan-Belçika biznes forumu keçiriləcək
Bakı, 24 aprel, AZƏRTAC
Belçika Krallığının xarici ticarət üzrə dövlət katibi Pieter De Kremnin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində aprelin 30-da Bakıda Azərbaycan-Belçika biznes forumunun keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və təşkil olunacaq. Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 40-a yaxın Belçika şirkətinin iştirakı nəzərdə tutulur.
Sahibkarlar və ölkəmizdə fəaliyyət göstərən iş adamları Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prosp., 32) keçiriləcək foruma dəvət edilirlər. Tədbirdə iştirak etmək istəyənlərin qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48 daxili: 108, 129, 119, 123; e-mail: [email protected]) məlumat vermələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]