İQTİSADİYYAT


Azərbaycan Beynəlxalq Bankı “Ən yaxşı yerli bank” adını qazanmışdır

Bakı, 29 may (AZƏRTAC). Avropanın aparıcı informasiya və analitik nəşri olan “Emeafinance” jurnalı 2012-ci ilin yekunlarına görə, Avropa, Yaxın Şərq və Afrikanın ən yaxşı banklarını müəyyənləşdirmişdir. O, “Azərbaycan Beynəlxalq Bankını” (ABB) “Best Local Bank” (“Ən yaxşı yerli bank”) mükafatına layiq görmüşdür.

Jurnalda deyilir: “2012-ci ildə ABB-nin xalis gəliri 80 faiz artaraq 43,4 milyon manat təşkil etmişdir. Bankın aktivləri və kredit portfeli müvafiq olaraq 17,5 faiz və 22 faiz artmışdır. ABB-nin nailiyyətlərini təsdiqləmək məqsədilə o, “MDB, Mərkəzi və Şərqi Avropa ölkələrində ən yaxşı bank” nominasiyasında “Best Local Bank” mükafatına layiq görülmüşdür.

Bu mükafat ABB-yə artıq beşinci ildir ki, verilir.

Londonda nəşr olunan “Emefinance” jurnalı Avropa, Yaxın Şərq və Afrika ölkələrinin maliyyə sektorlarını işıqlandırır. Jurnal bu regionların maliyyə hadisələrini, fəaliyyətini, inkişafını, maliyyə xidmətlərini və məhsulunu, xidmətlər və texnologiyalar sahəsində yenilikləri əhatə edən yeganə nəşrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.