İQTİSADİYYAT


Azərbaycan Beynəlxalq Bankı «Best Local Bank» mükafatına layiq görülmüşdür

Bakı, 8 aprel (AZƏRTAC). Avropanın aparıcı informasiya və analitik nəşri olan «EMEAfinance» jurnalı Azərbaycan Beynəlxalq Bankını (ABB) «Best Local Bank» mükafatına layiq görmüşdür.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, Londonda dərc edilən «EMEAfinance» jurnalı Avropa, Yaxın Şərq və Afrika regionları üzrə maliyyə sektorlarının fəaliyyətini işıqlandırır. Jurnalın baş ofisi Londonda yerləşir və onun 25 mindən artıq oxucusu vardır. Azərbaycan Beynəlxalq Bankı artıq altıncı ildir ki, bu populyar nəşrin mükafata layiq görülür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.