İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Bankı müştərilərini kartların imkanlarından geniş istifadə etməyə çağırır
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, bankomatların qarşısında yaranan növbələr bankomatların sayının azlığı ilə deyil, pensiyaçıların kartların imkanlarından geniş istifadə edə bilməməsi ilə bağlıdır.
Cahangir Hacıyev pensiyaçıların və müştərilərin kartlara yalnız bankomatdan nağd vəsaitin çıxarılması vasitəsi kimi baxdıqlarını bildirib. O deyib: “Ehtiyac yarandıqda biz bankomatların sayını da artırırıq. Mütəmadi olaraq müxtəlif kart məhsulları təqdim edirik. Amma buna baxmayaraq bəziləri bu məhsullardan istifadə etməyi bacarmırlar. Biz müştəriləri kartlardan geniş şəkildə istifadə etməyə çağırırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]