İQTİSADİYYAT
“Azərbaycan Beynəlxalq Bankı”nda onlayn kredit ödənişlərini istənilən bank kartı ilə komissiyasız həyata keçirmək olar
Bakı, 11 avqust, AZƏRTAC
İnnovativ xidmət və məhsullara daim böyük önəm verən "Azərbaycan Beynəlxalq Bankı" müştərilər üçün daha bir imkan yaradıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu banka aylıq kredit ödənişlərini internet səhifəsi üzərindən indi ölkədəki istənilən bankların plastik kartları vasitəsilə də həyata keçirmək olar. Üstəlik, bundan ötrü bank tərəfdən heç bir komisyon haqq tutulmur. Onlayn kredit ödənişi bu bölmədə aparılır. Müştəri burada lazımi əməliyyatları aşağıdakı ardıcıllıqla yerinə yetirir: 20 rəqəmli hesab nömrəsini sistemə daxil edib məlumatların düzgünlüyünü təsdiqləyir; ödənişi həyata keçirmək üçün istifadə edəcəyi karta aid məlumatları göstərir; ödənişin məbləği, valyuta növü və hesab nömrəsi barədə məlumatları bir daha təsdiqləməklə əməliyyatı tamamlayır.
Mədaxil qəbzi müştərinin istəyi ilə onun elektron poçt ünvanına göndərilə bilər.
"Azərbaycan Beynəlxalq Bankı"nın digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.