İQTİSADİYYAT


“Azərbaycan Beynəlxalq Bankı”ndan Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları üçün kredit kampaniyası

Bakı, 21 avqust, AZƏRTAC

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) 23 Avqust – Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə xüsusi kampaniyaya start verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, ABB-nin maaş kartına sahib Xidmət əməkdaşları kampaniya çərçivəsində nağd pul kreditini bankdan 2 faiz endirimlə əldə edə bilərlər. Kampaniya avqustun 21-dən 31-dək keçərlidir.

Kampaniyanın özəllikləri: kreditin məbləği – 15 000 manatadək, kreditin müddəti - 36 ayadək, illik faiz dərəcəsi – 2 faiz endirimlə / 25 faizdən başlayaraq, 3 000 manatadək zaminsiz, kreditin rəsmiləşdirilməsi komissiyasız.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti "Azərbaycan Beynəlxalq Bankı"nın bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkənin müasir dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı"nın digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “facebook” səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.