İQTİSADİYYAT


Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun iclasında təmsil olunub

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun iclasında təmsil olunub

Bakı, 11 dekabr, AZƏRTAC

Beynəlxalq Nəqliyyat Forumuna üzv ölkələrin növbəti iclası keçirilib. Nazirlərin COVID-19 və nəqliyyat mövzusunda xüsusi qeyri-rəsmi dəyirmi masası videobağlantı formatında təşkil edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi nazir müavini Elmir Vəlizadə təmsil edib. E.Vəlizadə Azərbaycanın pandemiya dövründə də öhdəliklərinə məsuliyyətlə yanaşdığını, etibarlı tranzit və logistika mərkəzi olaraq ərazisi üzərindən maneəsiz tranzit trafikini təmin etdiyini bildirib.

“Pandemiya şəraitində ölkələrimiz arasında açıq ticarətin qorunması və beynəlxalq yükdaşımalarının fasiləsiz həyata keçirilməsi vacibdir. Azərbaycan hökumətinin qərarına uyğun olaraq, xarici yük maşını sürücüləri maneəsiz Azərbaycan ərazisinə daxil ola və ya ölkə ərazisindən tranzit keçə bilirlər”, – deyə nazir müavini vurğulayıb.

O qeyd edib ki, yük maşını sürücülərinin, digər insanlarla təmaslarını minimuma endirmək məqsədilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında xüsusi ayrılmış istirahət və yemək yerləri yaradılıb.

Nazir müavini nəqliyyatdakı inkişaf tendensiyaları, COVID-19 pandemiyasının nəqliyyat əməliyyatları və xidmətlərində rəqəmsallaşdırma da daxil olmaqla müasir texnologiyaların tətbiqinin vacibliyini bir daha nümayiş etdirdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.