İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində 33 ölkənin təmsilçisi məhsullarını nümayiş etdirəcək
Bakı, 21 may, Ramiz Quliyev, AZƏRTAC
Mayın 21-də Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan 2015” ) sərgisində bu il şirkətlərin sayına və əhatə etdiyi əraziyə görə 15 faiz artım olacaq.
Bu barədə AZƏRTAC-a sərginin təşkilatçılarından biri olan İTE Group şirkətinin icraçı direktoru Edvard Stroon məlumat verib.
Sərgi dünyanın 33 ölkəsini təmsil edən 151 şirkəti bir arada toplayacaq,-deyən E.Strounun sözlərinə görə, bu il Azərbaycan, Amerika Birləşmiş Ştatları, Əlcəzair, Çexiya, Niderland Krallığı və digər ölkələrin şirkətlərindən ibarət debütantlar sərgi iştirakçılarının 40 faizini təşkil edir.
Sərgidə, həmçinin milli stendlərə malik olan Argentina, Avstraliya, Belarus, Litva və Polşanın müəssisə və fabriklərinin nümayəndələri Azərbaycan bazarı üçün yeni məhsullar təqdim edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2023 [14:12]
Xəzər İnşaat Həftəsi oktyabrda yenidən öz işinə başlayacaq
- 19.05.2023 [18:28]
“Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri öz işini başa çatdırıb
- 18.05.2023 [18:20]
Şri-Lanka şirkətinin təmsilçisi: Azərbaycanda öz filialımızı açmaq istəyirik
- 17.05.2023 [16:22]
İlya Kaxaşvili: Qida Sənayesi sərgisində iştirak etməkdən çox məmnunuq
- 17.05.2023 [14:50]
31 ölkədən 479 şirkət bir arada - YENİLƏNİB VİDEO
- 16.05.2023 [14:36]