İDMAN


Azərbaycan Boks Federasiyasının Məşqçilər Komitəsinin sədri müəyyənləşib

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Boks Federasiyasının (ABF) Məşqçilər Komitəsinin ilk iclası keçirilib.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov yeni formalaşan komitənin sədri Vaqif Kazımov və onun müavini Əsgər Eyvazovu təqdim edib.

Sonra komitənin üzvləri təsdiqlənib. Bildirilib ki, burada Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında mükafat qazanan məşqçi-müəllimlər yer alıblar. Bölgələrdə fəaliyyət göstərən və yetirmələri Azərbaycan çempionatlarında fəxri kürsüyə yüksələn mütəxəssislərin müstəsna hal kimi üzvlüyə qəbul ediləcəyi də qeyd olunub.

İclasda müxtəlif yaş qrupları üzrə yarışlarda boksçuların iştirakı, seçimlərin düzgün aparılması, regionlarda işlərin qurulması və kütləviliyə nail olunmaq yolları müzakirə edilib. Qərara alınıb ki, tezliklə ölkənin müxtəlif bölgələrində Məşqçilər Komitəsinin nümayəndəlikləri fəaliyyətə başlayacaq.

Həmçinin məşqçilərin milli komandalarla işbirliyi barədə fikir mübadiləsi aparılıb, çalışdırıcıların beynəlxalq sertifikasiyaya hazırlığı barədə danışılıb.

Mütəxəssislər də çıxış edərək Azərbaycanda boksun yüksələn xətlə inkişafına nail olmaq üçün təkliflərini səsləndiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.