İDMAN
Azərbaycan Boks Federasiyasının nümayəndə heyəti Gəncə, Şəki və Qəbələdə olub
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Boks Federasiyası (ABF) idmanın bu növünün kütləviləşməsi və daha da inkişafı üçün fəaliyyətini davam etdirir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də boks bölmələrinə xüsusi diqqət ayrılır.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, ABF prezidentinin müşaviri Samir Hüseynov, İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev bu məqsədlə Gəncə, Şəki və Qəbələyə səfər edib, bölmələrdə yaradılan şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıblar.
ABF-in nümayəndə heyəti inşası davam edən Gəncə İdman Sarayında fəaliyyət göstərəcək boks zalına da baxış keçiriblər. Onlar Nizami yurdunda məşqçilər və hakimlərlə görüşərək, yeni boksçuların yetişməsi üçün tövsiyələrini veriblər.
ABF rəsmiləri Şəki Olimpiya İdman Kompleksi, “Qəbələ” idman klubunun bazasında və bu şəhərlərdə fəaliyyət göstərən bölmələrdə yaradılan şəraitlə də tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]