İQTİSADİYYAT


Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək

Bakı, 21 may, AZƏRTAC

Mayın 22-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi və ticari əlaqələrin mövcud vəziyyəti, komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfdən isə Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberidir.

Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji forumu da keçiriləcək. Forumda P.Şahbazovun çıxışı, neft-qaz sektorunun, bərpaolunan enerji sahəsinin inkişafı, eləcə də Azərbaycanda enerji islahatlarına dair təqdimatlar nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.