SİYASƏT


Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

London, 12 iyul, AZƏRTAC

İyulun 12-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniya parlamentində olublar.

AZƏRTAC xəbər verir ki, parlamentdə keçirilən görüşdə Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans, Britaniyada nüfuzlu siyasi analitik Leonel Zetter, Azərbaycan–Böyük Britaniya və Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri Cavanşir Feyziyev iştirak ediblər.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, Britaniyadakı ictimai-siyasi vəziyyət, Brexit və Brexit-dən sonra Azərbaycanla ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.