MƏDƏNİYYƏT


“Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı işıq üzü görüb

Bakı, 10 avqust, AZƏRTAC

Bu günlərdə Rusiyada, Kursk şəhərində “Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitabın çapında məqsəd Rusiyada diaspor fəaliyyəti göstərən həmvətənlərimiz üçün mühüm köməkçi vəsaitin hazırlanmasından ibarətdir.

Kitabın nəşr olunmasının təşəbbüskarı və müəlliflərindən biri Kursk vilayətinin Azərbaycan diasporasının rəhbəri Qasım Kərimovdur. Kitabda geniş oxucu kütləsinə məlum olmayan çox sayda əhəmiyyətli materiallar toplanıb. Kitab, müəlliflərdən biri, tanınmış azərbaycanlı tarixçi alim, tarix elmləri doktoru Vəfa Quliyevanın rəhbərliyi altında, bir qrup tanınmış mütəxəssis tərəfindən hazırlanıb. Nəşrdə bir sıra mühüm, etibarlı mənbələrdən istifadə edilib. Burada Sovet İttifaqı qəhrəmanları, bu müharibədə ölüm-dirim mübarizəsi aparanlarla yanaşı, Azərbaycanda arxa cəbhədə görülən işlər barədə də geniş məlumat verilib. Qələbənin təmin olunmasında mühüm rol oynamış neftçilərimizin, alimlərimizin, kənd təsərrüfatında çalışanlarımızın, səhiyyə işçilərimizin və s. gərgin fəaliyyəti barədə ətraflı məlumatlar yer alıb. "Hər şey cəbhə üçün, hər şey Qələbə üçün" prinsipi ilə gecə-gündüz çalışanların əldə etdikləri nailiyyətlər konkret misallarla oxucuların diqqətinə çatdırılır.

Bundan əlavə kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq, faşizmi təbliğ edən mənfur insanlar haqda da söhbət açılır və bunun yolverilməz olduğu əsaslandırılır.

Kitabda, eyni zamanda, Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə də ətraflı məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.