İDMAN
Azərbaycan-Çexiya futbol matçının biletləri satışa çıxarılıb
Bakı, 19 sentyabr, AZƏRTAC
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda oynanılacaq Azərbaycan-Çexiya matçının biletləri satışa çıxarılıb.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, qarşılaşma oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” alış-veriş mərkəzləri, Üzeyir Hacıbəyli küçəsi 69x, Həsən Əliyev küçəsi 36, Nobel prospekti 23, “AMAY” ticarət mərkəzinin ikinci mərtəbəsindən, Abbas Mirzə Şərifzadə küçəsi 157, Sülh küçəsi 197, Bülbül prospekti 35 ünvanından və “iTicket” köşklərindən əldə edə bilərlər.