İQTİSADİYYAT


Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

Pekin, 2 noyabr, AZƏRTAC

Noyabrın 5-dən 10-dək Şanxayda birinci Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, təxminən 130 ölkədən 3 mindən çox şirkətin təmsil olunacağı tədbir Çində idxal məhsullarının ilk ən böyük sərgisidir. Tədbirin açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin, bir neçə ölkənin dövlət və hökumət başçıları, dövlət qurumlarının rəhbərləri iştirak edəcəklər.

Azərbaycanı bu beynəlxalq tədbirdə iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin sərgi çərçivəsində müxtəlif bölmə iclaslarında çıxışları, habelə Çin rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Bundan başqa, sərginin kənd təsərrüfatı və qida məhsulları, xidmət bölmələrində Azərbaycanın iki pavilyonu fəaliyyət göstərəcək. Pavilyonlarda “Made in Azerbaijan” brendi ilə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar və xidmətlər nümayiş olunacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.