İQTİSADİYYAT


Azərbaycan Çin Xarici İnvestisiyalar Sərgisinin mükafatına layiq görülüb

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Pekində keçirilmiş 11-ci Çin Xarici İnvestisiyalar Sərgisinin (COIFAIR) mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Çinin ən mühüm dövlət qurumlarından biri olan Milli İnkişaf və İslahatlar Komissiyasının (NDRC) tabeliyində fəaliyyət göstərən Çin Xarici İnkişaf Assosiasiyasının təşkil etdiyi sərgi Çindən investisiya cəlb edilməsi və Çin bazarına məhsulların çıxarılması baxımından önəmli platforma hesab edilir.

Sərgi zamanı ölkəmizin ixracyönümlü alkoqollu və alkoqolsuz içkiləri nümayiş etdirilib. Azərbaycana investisiya yatırmaqda və ölkəmizdən məhsul idxal etməkdə maraqlı olan şirkətlərlə danışıqlar aparılıb.

Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsinin aparatı sərginin rəsmi tərəfdaşlarından biri olub. Sərgi çərçivəsində keçirilmiş "Xəzər gecəsi" adlı rəsmi ziyafətinin sponsoru Azərbaycan şərablarının Çindəki distribüteri "Guangzhou Heyran International Trading Co.,Ltd" şirkəti olub. Ziyafət boyunca qonaqlara Azərbaycan şərabları təqdim olunub, Azərbaycan musiqisi ifa edilib və ölkəmiz haqqında videolar nümayiş etdirilib.

Sərginin mükafatlandırma mərasimində Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsinin aparatı "Ən yaxşı tərəfdaş", "Guangzhou Heyran International Trading Co.,Ltd" şirkəti isə "Ən yaxşı sponsor" mükafatlarına layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.