ELM VƏ TƏHSİL


Azərbaycan-Çin əlaqələrinə həsr olunan konfransla bağlı müzakirələr aparılıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının (ÇSEA) İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda olub.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, professor Nazim Müzəffərli ilə keçirilən görüşdə sentyabrın 21-də Bakıda “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda təşkil olunacaq elmi-praktik konfransa hazırlıq və təşkilati məsələlər müzakirə edilib. Həmçinin tədbirin materiallarının Azərbaycanda və Çində elmi nəşrlərdə çapı barədə razılıq əldə olunub.

Qeyd edək ki, konfransın yüksək səviyyədə təşkili üzrə İqtisadiyyat İnstitutunun və ÇSEA-nın əməkdaşlarından ibarət işçi qrupu yaradılıb. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin və ÇSEA-nın prezidenti Van Veyquanın iştirakı nəzərdə tutulub. Konfransda hər iki ölkənin iqtisadçı alimlərinin məruzələri dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.