ELM VƏ TƏHSİL


Azərbaycan-Çin elmi əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında Azərbaycan-Çin əlaqələrinə həsr olunan “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) prezidenti Van Veyquanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Çin-Azərbaycan əlaqələrinin tarixindən söz açılıb, xalqlarımız və ölkələrimiz arasında iqtisadi, siyasi, elmi və mədəni sahələri əhatə edən qarşılıqlı əməkdaşlığın bu gün də genişləndiyi vurğulanıb. Həmçinin hər iki ölkənin elmi mərkəzləri arasındakı münasibətlər və onun inkişaf perspektivlərindən danışılıb.

Akademik A.Əlizadə Azərbaycan ilə Çin arasında elmi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Çində bütün istiqamətlərlə yanaşı, elm sahəsi də sürətlə inkişaf edir. Ölkəmizin Çin ilə elmi sahədə əməkdaşlığı təqdirəlayiqdir.

V.Veyquan vurğulayıb ki, rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi hər iki ölkənin elmi qurumları arasında əlaqələrin yeni mərhələdə inkişaf etdirilməsi və konkret istiqamətlər üzrə sistemli müştərək layihələrin həyata keçirilməsidir. Növbəti mərhələdə AMEA ilə Çinin digər elmi-tədqiqat institutları arasında əməkdaşlığın qurulması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.