SİYASƏT


Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyulun 28-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.