Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Cənub Qaz Dəhlizi və onun bütün seqmentləri üçün həm həlledici, həm də vacib həlqədir

Azərbaycan Cənub Qaz Dəhlizi və onun bütün seqmentləri üçün həm həlledici, həm də vacib həlqədir

Bakı, 12 fevral, AZƏRTAC

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında Azərbaycan beynəlxalq hüququn ən vacib prinsiplərindən biri olan “Dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi” öhdəliyinin reallaşdırılması üzrə lokomotiv rolunu bir daha nümayiş etdirdi. Azərbaycan 2020-ci ilin bəlası olan COVID-19-la mübarizə prosesində beynəlxalq səylərin birləşdirilməsi istiqamətində hərəkətverici qüvvə kimi özünü sübut edib. Bu, kifayət qədər mürəkkəb və vacib tarixi proses idi və Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına da biz Azərbaycanın liderliyinin prinsipial davamı kimi baxmalıyıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Azərbaycanın artıq beynəlxalq statusa malik Cənub Qaz Dəhlizi və onun bütün seqmentləri üçün həm həlledici, həm də vacib həlqə olduğunu qeyd edən deputat deyib: “Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında toplantıda 18 dövlət, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı olmaqla, iştirakçıların sayının əvvəlkindən daha artıq olmasına diqqət çəkdi və bu əməkdaşlığı bizim uğurumuzun başlıca səbəbi olduğunu vurğuladı. Dövlətimizin başçısı bu məsələni, sadəcə, diplomatik etiket xatirinə demədi, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və qarşılıqlı fəaliyyət göstərmək niyyətini ifadə etdi. Bu prinsiplər bizim Konstitusiyamızın preambulasında bəyan olunub və bu istiqamət hazırkı siyasi kursun da ana xətlərindən birini təşkil edir”.

Bəhruz Məhərrəmov diqqətə çatdırıb ki, dövlətimizin başçısı Cənub Qaz Dəhliz layihəsinin sonuncu seqment olan TAP-ın yekunlaşdırılmasını tarixi nailiyyət adlandırdı. Bu mənada, ikinci vacib məqam Azərbaycanın iradəsini reallaşdırmaq imkanı ilə bağlıdır. Cənubi Qafqazın beynəlxalq maraqların tarixboyu kəsişdiyi geosiyasi nöqtə olması heç kimə sirr deyil.

“İri karbohidrogen ehtiyatlarına malik böyük qonşuların əhatəsində müstəqil enerji siyasəti yürütmək, enerji daşınması üzrə qlobal həlqəyə çevrilmək, bütün mümkün təzyiq və təsirlərə baxmayaraq, qeyd olunan məqsədlərə xidmət edən, Azərbaycanı qlobal oyunçuya çevirən bir layihəni başa çatdırmaq sadə məsələ deyil və onu göstərir ki, Azərbaycan regionda başladığı layihəni davam edə və uğurla tamamlaya biləcək suveren gücdür. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də dediyi kimi, bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin son nəticədə həyata keçirilməsi mümkün olub. Üstəlik, Azərbaycan bununla kifayətlənmək niyyətində də deyil, çünki dövlətimizin başçısı açıq şəkildə dedi ki, yeni plan və ideyalarımız var”, - deputatın sözlərinə görə, qarşıda bərpaolunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi, bu məsələdə işğaldan azad olunmuş ərazilərimizin potensialından maksimum şəkildə istifadə edilməsi ideyası özlüyündə yeni bir əməkdaşlıq platformasından xəbər verir. Təbii ki, özünü etibarlı tərəfdaş və regional güc kimi təsdiq etməyi bacarmış Azərbaycan beynəlxalq sərmayə cəlb etməklə həm böyük qayıdışın tezləşməsinə, eyni zamanda, məskunlaşmanın təhlükəsizliyinə əlavə qarant formalaşdırmış olacaq. “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı kimi maliyyə təsisatları risklərini düzgün qiymətləndirə bilən dünyanın aparıcı maliyyə qurumlarıdır. Cənubi Qafqaz kimi həssas bir bölgədə, hər an müharibə başlaya biləcək bir ölkədə çox riskli bir layihəni başlamaq və başa çatdırmaq, əslində, dünya maliyyə bazarı və investisiya radikalları referans oldu”, - deyə deputat vurğulayıb ki, Azərbaycan sərmayə qoyub, pul qazanmaq üçün təhlükəsiz ölkədir. Bu isə həm yeni iqtisadi perspektiv deməkdir, eyni zamanda, rəsmi Bakının beynəlxalq hüququn digər vacib prinsipi - “Beynəlxalq hüquq çərçivəsində öhdəliklərin vicdanla yerinə yetirilməsi” prinsipinə sadiqliyini bəyan etmiş oldu. Daha dəqiq desək, Azərbaycan ən çətin dövrlərdə, münaqişənin davam etdiyi bir zamanda beynəlxalq maliyyə institutları qarşısında öhdəliyinə sadiq qalmağı bacardı. İndi isə münaqişə də artıq başa çatıb, yeni müharibə ehtimalı faktiki olaraq yoxdur, deməli, Prezident İlham Əliyevin adlar sadalayıb təşəkkür etməsi, həm də yeni investisiya imkanları üçün yeni çağırışdır. Dövlətimizin başçısı da toxunduğu kimi, Dünya Bankının hesabatına görə, biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasında olan Azərbaycanın sərmayə mühiti də kifayət qədər münbitdir”.

B.Məhərrəmov diqqətə çatdırıb ki, layihənin son seqmentinin tamamlanmasının digər mühüm nəticəsi bölgədə təhlükəsizlik üçün qarantlardan birinə çevrilməsidir. Belə ki, layihə 7 ölkəni birləşdirir. Cənub Qaz Dəhlizi iqtisadi və maliyyə sisteminə, milli gəlirinə birbaşa təsir etməklə 7 dövlətin milli marağının cəmləşdiyi bir nöqtədir və bölgədə bu layihəni təhdid edən istənilən amil bu dövlətlər üçün təhdid deməkdir. Hətta iştirakçı dövlətlərin arasında Ermənistanın müttəfiqi olanlar da var ki, bu layihənin bir parçasına çevrilməklə həmin ölkələr, öz milli maraqları naminə istəsə də, istəməsə də, Azərbaycanın mövqeyindən çıxış etmək məcburiyyətində qalır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO