SİYASƏT


Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən vacib tərəfdaşıdır

Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən vacib tərəfdaşıdır

Bakı, 9 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Xarici İşlər Nazirliyində görüş keçirmişdir.

A.Quliyev nazirliyin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə 207-ci Referatının rəhbəri Mark Boqhdana Azərbaycanın regiondakı rolu, hərtərəfli inkişafı, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti və qrant proqramları haqqında məlumat vermişdir. Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək haqqında danışan A.Quliyev Şuranın indiyədək müxtəlif sahələri əhatə edən 2500-dən artıq QHT layihəsini maliyyələşdirdiyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Şura sədri azərbaycanlı və erməni icmaların nümayəndələrinin görüşünün keçirilməsinin problemin sülh yolu ilə tənzimlənməsində vacib önəm kəsb etdiyini bildirmişdir.

Mark Boqhdan Azərbaycanın Cənubi Qafqazda Almaniyanın ən vacib tərəfdaşı olduğunu vurğulamış, ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduqlarını bildirmişdir. Regionda uzunmüddətli sülhün bərqərar olması üçün münaqişələrin həllinin vacibliyini diqqətə çatdıran M.Boqhdan Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.