REGİONLAR


Azərbaycan Cüdo Federasiyası Sumqayıtda seminar keçirib

Sumqayıt, 8 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Sumqayıtdakı Gənclər Evində hakimlər və məşqçilər üçün seminar keçirilib.

Federasiyadan AZƏRTAC–a bildirilib ki, cüdo ictimaiyyətinin nümayəndələrinin, məşqçilərin, hakimlərin və federasiya rəsmilərinin də iştirak etdikləri tədbir nəzəri hissədən ibarət olub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri Nazim Məcidov seminarda məruzə ilə çıxış edib.

Tədbirdə cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.