İDMAN


Azərbaycan Cüdo Federasiyasının yeni baş katibi təyin olunub

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi saytında məlumat verilib. O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.

Rəşad Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankında başlayan Rəşad Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində aparıcı qurumlarda mühüm və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.