İQTİSADİYYAT


Azərbaycan Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının II İqtisadi Forumunda iştirak edib

Bakı, 19 avqust, AZƏRTAC

Daşkənd şəhərində Özbəkistanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) II İqtisadi Forumu keçirilib. ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, hibrid formatda keçirilən tədbirə dövlət qurumlarının, bankların, şirkətlərin, sənaye assosiasiyalarının, ticarət və sənaye palatalarının rəhbərləri və ekspertlər qatılıblar.

AZPROMO-nun rəhbəri forumda plenar iclasın “Beynəlxalq əməkdaşlığın xüsusiyyətləri və iqtisadi-ticarət əlaqələrinin bərpası” panelində çıxış edərək, Azərbaycanın iqtisadi inkişafı, ixrac və investisiya imkanları, eləcə də ölkəmizin ŞƏT ölkələri ilə iqtisadi tərəfdaşlığının, işgüzar dairələr arasında əlaqələrin inkişafı istiqamətləri barədə məlumat verib, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Y.Abdullayev forum çərçivəsində təşkil olunan Sənaye İnnovasiyaları Sərgisi ilə tanış olub, bir sıra görüşlər keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.