İQTİSADİYYAT


“Azərbaycan DecorExpo 2016 Beynəlxalq mebel, ev tekstili və ev avadanlıqları sərgisi” açılıb

Bakı, 28 aprel, Ramiz Quliyev, AZƏRTAC

Aprelin 28-də “Bakı-Ekspo” mərkəzində “Azərbaycan DecorExpo 2016 Beynəlxalq mebel, ev tekstili və ev avadanlıqları sərgisi” açılıb. Sərginin təşkilatçıları Türkiyənin “Atilim Fairs” və “Elan Expo” şirkətləridir.

AZƏRTAC xəbər verir ki, sərginin rəhbəri Doğan Şahin, Azərbaycan Memarlar İttifaqının məsul katibi Elçin Əliyev və digərləri mebel və dekorasiya sahəsində ziyarətçilərin mebel və interyer sahəsində ən son yeniliklərlə tanış olacağını bildiriblər. Sərgidə mebel, ev tekstili və ev avadanlıqları istehsalçıları və alıcıları işgüzar əlaqələr yaratmaq imkanları əldə edəcəklər. Həmçinin vurğulanıb ki, Bakıda mütəmadi olaraq keçirilən belə tədbirlər Azərbaycan şirkətlərinin tanınmış xarici şirkətlərlə biznes əlaqələrinin qurulmasına xidmət edir.

“Azərbaycan DecorExpo 2016” sərgisində Azərbaycan, Türkiyə, Polşa, Belçika, Fransa, İspaniya, Rusiya, İsveçrə, Böyük Britaniya və Hindistandan olan 50–yə yaxın şirkət öz brend məhsullarını nümayiş etdirir.

Sərgi aprelin 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.