İQTİSADİYYAT


Azərbaycan Dəmir Yolları İran mənşəli neftin daşınmasında 50 faiz güzəştli tarif tətbiq edəcək

Bakı, 23 aprel, Elvin Camalov, AZƏRTAC

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Azərbaycan ərazisindən daşınan İran mənşəli neft və neft məhsullarına 50 faizə qədər güzəştli tariflər razılaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya" III Beynəlxalq Forumunda deyib.

O bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə dəmir yolu daşımalarının təmin edilməsi istiqamətində işlər davam etdirilir. Dəhliz üzrə Azərbaycan və İranın dəmir yolu xətlərinin birləşdirilməsində birinci mərhələ başa çatıb. Belə ki, bu il fevralın 8-də Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu marşrutu ilə, əsasən Rusiyadan gələn yüklər olmaqla ilk sınaq qatarı Astara (İran) stansiyasında yeni inşa edilən yük terminalına yola salınıb.

Ə.Qasımovun sözlərinə görə, İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisindən sonrakı dövrdə qatarların Hind okeanı hövzəsindən birbaşa Şimali Avropa, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyə ərazisindən keçməklə Şərqi və Mərkəzi Avropa ölkələri istiqamətində hərəkəti mümkün olacaq. Artıq bu dəhliz vasitəsilə Azərbaycan ərazisindən daşınan İran mənşəli neft və neft məhsullarına 50 faiz güzəştli tariflər barədə razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.