İQTİSADİYYAT


“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir

Bakı, 16 oktyabr, AZƏRTAC

Belarusun paytaxtı Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, iclasda QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Tədbirdə Şuranın 70-ci iclasının qərarlarının həyata keçirilməsi və bu ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, cari ilin 8 ayında beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin tərtibinin yekunları, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı, bu ilin mayında keçirilən yük qatarlarının siyahıyaalınmasının nəticələri, 8 ayda dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti, İran Dəmir Yolu Administrasiyasına assosiasiya üzvü statusunun verilməsi, 2020-ci fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti, dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı müzakirə olunur.

Eyni zamanda, iclas iştirakçıları 2020-ci il üçün Şura müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası, “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Baş Hesablama Mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2020-ci il üçün xərclər smetası, 2020-ci ildə “Fəxri dəmiryolçu” döş nişanının paylaşdırılması, Şuranın 72-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi və digər məsələlərə öz münasibətlərini bildirəcəklər. İclasın sonunda yekun protokolu imzalanacaq.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.