İQTİSADİYYAT


“Azərbaycan Dəmir Yolları” QSC Beynəlxalq Dəmir Yolu İttifaqı ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

Bakı, 10 may, AZƏRTAC

"Azərbaycan Dəmir Yolları" QSC-də Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu ilə görüş keçirilib.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qurumun sədri Cavid Qurbanov son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməkdə olduğunu deyib. Bildirib ki, beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldığını, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam etdirilməsinin vacibliyini vurğulayıb.

O Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Bakı sərnişin stansiyasında görülən işlərlə tanış olub.

Qeyd edək ki, Beynəlxalq Dəmir Yolları İttifaqı 1922-ci il oktyabrın 20-də Avropa ölkələrinin dəmir yolları arasındakı prosedurların uyğunlaşdırılması məqsədilə yaradılıb. İttifaqa təxminən 100 ölkədən 200-dən çox dəmir yolu şirkəti daxildir. Qurumun əsas vəzifəsi dəmir yolu nəqliyyatının dünyanın ən etibarlı və ekoloji cəhətdən təmiz nəqliyyat növü kimi rəqabət qabiliyyətinin artırılmasıdır. İttifaq tərəfindən, həmçinin konteyner daşımaları və dəmir yolu ilə digər malların daşınması üçün standart tələblər hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.