İQTİSADİYYAT


“Azərbaycan Dəmir Yolları” QSC–də “ADY Konteyner” MMC yaradılıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycanda beynəlxalq standartlara cavab verən yük daşımaları sahəsində xidmətlərə olan tələbatın artması, dünyada uzunməsafəli blok qatarlarla daşımalarda rəqabətin genişlənməsi nəzərə alınaraq, “Azərbaycan Dəmir Yolları” QSC–də “ADY Konteyner” MMC–nin yaradılması barədə qərar qəbul edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “ADY Konteyner” MMC dəmir yolu ilə konteyner daşımalarının həyata keçirilməsi, müxtəlif tipli yüklərin daşınması üçün nəzərdə tutulan konteynerlərin alınması, istifadə edilməsi və istismarının təmin edilməsi, konteynerlərlə bağlı bütün növ xidmətlərin həyata keçirilməsi məqsədilə yaradılıb. Azərbaycanda olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımaları “ADY Konteyner” MMC tərəfindən idarə olunur. “ADY Konteyner” MMC Xəzər dənizi, Qara dəniz regionu, Avropa, Mərkəzi Asiya, Uzaq Şərq və Körfəz ölkələrindən konteyner daşımaları həyata keçirir, beynəlxalq standartlara uyğun logistika xidmətləri göstərir.

“ADY Konteyner” MMC həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan üzərindən konteynerlərin daşınması üzrə operatordur. Bu, 2017–ci il sentyabrın 8–də Ukraynanın Odessa şəhərində baş tutan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi iclasında qəbul edilən sənəddə əksini tapıb. Sənəddə Azərbaycan Dəmir Yolları QSC–nin törəmə şirkəti olan “ADY Konteyner” MMC–nin Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun üzvləri sırasına daxil edilməsi barədə qərar qəbul edildiyi göstərilir. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstandan yola çıxan ilk yük qatarının Azərbaycan üzərindən ekspeditoru da məhz “ADY Konteyner” MMC-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.