CƏMİYYƏT


Azərbaycan Dəmir Yolları baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır

Bakı, 1 oktyabr, AZƏRTAC

"Azərbaycan Dəmir Yolları" QSC oktyabrın 1-də günorta saatlarında Xəzər rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır.

Bu barədə AZƏRTAC-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

Sevinc Qədirova qeyd edib ki, Dübəndi stansiyası tərəfdən istiqamətdə olan 12 sayda boş çən vaqonundan ibarət 3703 nömrəli qatar heyəti hərəkətdə olarkən Binə qəsəbəsindən Sovxoz istiqamətinə 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən AZE 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yol hərəkəti qaydalarını pozaraq qorunan keçiddən, bağlı şlaqbaumun önündən keçərək lokomotivin qarşısına çıxıb. Nəticədə lokomotiv 90 dərəcə istiqamətdə relsdən çıxaraq çevrilib. Sərnişin avtobusunun sürücüsü yol hərəkəti haqqında qanunun 44-cü maddəsinin tələblərini pozub. Yolda normal sürət həddi saatda 40 kilometr olsa da, maşinistin faktiki sürət həddi saatda 30 kilometr olub.

Qeyd edək ki, ilkin məlumata görə, bir nəfər ölüb, 20 nəfər xəsarət alıb. Onlardan 7-si qadın, 10-u kişi və 3-ü uşaqdır. Yaralıların bir hissəsi Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanasına, digərləri isə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.