İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimdə işləyəcək VİDEO
Bakı, 24 dekabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları ilə əlaqədar dekabrın 29-dan yanvarın 5-dək gücləndirilmiş rejimdə işləyəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.
Bundan əlavə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarı da təyin olunub. Həmin qatar dekabrın 29-da Bakıdan Tbilisiyə, yanvarın 3-də Tbilisidən Bakıya yola düşəcək.