İQTİSADİYYAT


“Azərbaycan Dəmir Yolları” peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi ilə bağlı sertifikat alıb

Bakı, 6 may, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti beynəlxalq ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” standartı üzrə uyğunluq sertifikatını alıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, standartın tətbiqində əsas məqsəd qurumun əməkdaşları üçün daha sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır.

“Azərbaycan Dəmir Yolları” peşə sağlamlığı və təhlükəsizliyi sahəsində ən yüksək beynəlxalq standartın tətbiqi məqsədilə 2020-ci ildə dünyaca məşhur “Societe Generale De Surveillance” (SGS) şirkəti ilə əməkdaşlığa başlayıb. 2020-ci ilin iyun ayında QSC-nin 25 əməkdaşı SGS-nin təlimlərinə qatılaraq müstəqil audit sertifikatlarını alıb. Qurumun Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti və digər struktur bölmələrində çalışan bu mütəxəssislər ISO 45001:2018 standartının tətbiqinə nəzarət edəcəklər.

SGS tərəfindən bu ilin fevralın 12-də keçirilmiş son auditin nəticəsi olaraq Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin ISO 45001:2018 standartının tələblərinə uyğun fəaliyyət göstərmək üçün hazır olduğu və standart üzrə sertifikatın verilməsi təsdiq edilib.

Sağlam iş şəraitinin təmin edilməsi ilə yanaşı, ISO 45001:2018 standartı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət olunması, peşə xəstəlikləri və iş qəzalarının azaldılması, səmərəliliyin yüksəldilməsi, risklərin qiymətləndirilməsi və idarəedilməsi tələblərini də əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.