CƏMİYYƏT


Azərbaycan Dəmir Yolları uşaqlar üçün Novruz şənliyi təşkil edib

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Bakı sərnişin stansiyasında sərnişinlərin və dəvət olunmuş valideyn himayəsindən məhrum olan, Daun sindromlu, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq üçün Novruz şənliyi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, şənliyin təşkilində Referans Klinik Laboratoriya Mərkəzi və KFC restoranlar şəbəkəsinin kollektivi yaxından iştirak edərək öz dəstəklərini göstəriblər. Şənliyin iştirakçıları sərnişinlərə və valideyn himayəsindən məhrum uşaqlara maraqlı səhnəciklər, musiqi nümunələri təqdim ediblər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə iştirakçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gərgin əməyi nəticəsində xalqımızın əziz bayramı olan Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında “Sülh mədəniyyəti” adlı 49-cu bəndə müvafiq olaraq “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Xatırladaq ki, bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də martın 20-dən 27-dək "Azərbaycan Dəmir Yolları" QSC-nin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.