İQTİSADİYYAT


“Azərbaycan Dəmir Yollarının 140 illiyi” medalı təsis edilib

Bakı, 12 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və yubiley medalının təsviri təsdiq edilib.

Əsasnaməyə görə, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcək. Təltif edən orqan isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.