İQTİSADİYYAT


Azərbaycan Dəmir Yollarının təsərrüfatlarına yaz baxışı başlayır

Bakı, 21 aprel (AZƏRTAC). Aprelin 21-dən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsərrüfatlarına yaz baxışı başlayır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC –a bildirmişlər ki, qurumun sədri Arif Əsgərovun rəhbərliyi ilə başlayan kampaniya 10 gün davam edəcəkdir.

Kampaniyanın gedişində təsərrüfatların və tikililərin saxlanışı vəziyyəti, eyni zamanda, stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, həmçinin ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması işləri yoxlanılır.

Böyük Kəsik stansiyasından başlayan tədbirin sonrakı hərəkət xətti Böyük Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Yalama-Sumqayıt, Ələt-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı sərnişin, Bakı yük, Keşlə, H. Z. Tağıyev -Çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.