ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universiteti əməkdaşının tədqiqat işi beynəlxalq sertifikata layiq görülüb

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimi Ülviyyə Xəlilova V Amerika Türk Dilləri Müəllimləri Assosiasiyasının onlayn konfransında iştirak edib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, “XXI əsrdə dil öyrənmənin standartları və kurikulumun tərtibatı” mövzusuna həsr olunmuş konfransda Ü.Xəlilovanın virtual formada təqdim etdiyi elmi-tədqiqat işi maraqla qarşılanıb və sertifikata layiq görülüb.

Müəllifin “Azərbaycanda gənclər arasında materialist arzuların inkişafında sosial şəbəkələrdən istifadənin təsirləri” adlı tədqiqat işi azərbaycanlı gənclər arasında materialist dəyərlərin formalaşması və inkişafında sosial şəbəkələrin roluna həsr olunub. Ölkədə və xaricdə ali təhsil alan tələbələr də daxil olmaqla 18-30 yaş arası 100 nəfər gənc arasında materialist arzuların formalaşması və inkişafında sosial şəbəkələrin rolu və təsirinə dair onlayn sorğu keçirilib. Sorğuya özünə hörmət hissini ölçmək üçün Rozenberq şkalası, materializm və sosial şəbəkələrin təsirləri mövzusunda suallar daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.