ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İstanbul Okan Universitetinin rektorunun köməkçisi Güner Gürsoy və beynəlxalq əlaqələr ofisinin direktoru Sənəm Acabay ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor K.Abdulla qonaqlara universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, 70 illik tarixə malik universitetdə yerli və xarici müəllimlər tərəfindən bir çox dillər tədris edilir. Ali təhsil ocağında 20-ə yaxın dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Rektor, həmçinin fakültələrin fəaliyyətindən, elmi-tədqiqat laboratoriyalarından söz açıb. O, universitetin beynəlxalq əlaqələri fonunda bir çox xarici universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyət göstərdiyini deyib.

Ölkəmizdəki multikultural mühit haqqında danışan rektor Azərbaycanın müvafiq sahədə gördüyü işlərdən söz açıb.

Güner Gürsoy təmsil etdiyi ali məktəbdə 26 min tələbənin təhsil aldığını, 10 fakültənin olduğunu bildirib. O, ADU ilə oxşar fəaliyyət istiqaməti kimi İstanbul Okan Universitetinin tərcüməçilik sahəsindəki fəaliyyətindən də söz açıb.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər və perspektivlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.