ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Arye Qutla görüş
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və magistratura şöbəsi ADU-nun fəxri professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutla görüş keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Arye Qut İsraildə Azərbaycan diasporu, onun fəaliyyət istiqamətləri, diaspor təşkilatlarının zəif və güclü tərəfləri haqqında görüş iştirakçılarına geniş məlumat verib. Qonaq, həmçinin iki ölkə arasında əməkdaşlıq istiqamətləri haqqında öz fikrini bildirib. O, akademik səviyyədə birgə fəaliyyətin genişləndirilməsi istiqamətində görülə biləcək işlər, Azərbaycan-İsrail əlaqələrinin inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
Tədbirin sonunda Arye Qut iştirakçıların suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]