ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində Çin Müəllimlər Günü qeyd olunub

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələrin Çin Müəllimlər Gününə həsr etdikləri ənənəvi təbrik açıqcalarından ibarət onlayn sərgi keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çində hər il sentyabrın 10-da qeyd olunan Müəllimlər Gününün tarixindən danışıb. Qeyd edib ki, bu əlamətdar gün 1985-ci ildə müəllim peşəsinin və bütövlükdə intellektual əməyin nüfuzunun artırılması məqsədilə təsis olunub. Çində müəllimlərə hörmət ənənəsi hələ Xan sülaləsi dövründə onlara istirahət günü təyin olunanda, ən görkəmli müəllimləri imperator gümüş mükafatla təltif edəndə yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.