ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində Çin dili üzrə ixtisas imtahanları keçirilib

Azərbaycan Dillər Universitetində Çin dili üzrə ixtisas imtahanları keçirilib

Bakı, 18 mart, AZƏRTAC

Çin dili üzrə rəsmi sınaq mərkəzi olan, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 2023-ci ildə Çin dili üzrə ilk “Hanyu Shuiping Kaoshi” (HSK) və “Hanyu Shuiping Kouyu Kaoshi” (HSKK) imtahanları keçirilib. Bir neçə səviyyədən ibarət olan test imtahanlarında Azərbaycan Dillər Universitetinin və digər ali təhsil ocaqlarının tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Bildirilib ki, imtahandan əvvəl Konfutsi İnstitutunun müəllimləri iştirakçıları Çin dili imtahanlarının məzmunu, dinləmə, oxu texnikası, qrammatik strukturlar, sözlərin və heroqliflərin əsas yazılış qaydaları ilə tanış ediblər.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov vurğulayıb ki, imtahanların müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatların alınması iştirakçılar üçün Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, eləcə də bu ölkənin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. Çin dili üzrə standart ixtisas imtahanlarının təşkili ölkəmizdə bu dilə marağın artmasının göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.