ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Çin rəssamlığı üzrə ustad dərsi
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Ümumdünya Arı Gününə həsr olunmuş "Huanyao" Çin peyzaj boyakarlığı üzrə onlayn ustad dərsi keçirib. Bu janrın əsas mövzusu həşəratlar, bitkilər, quşlar olub.
Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin incəsənətində hər bir təsvirin xüsusi məna və simvolizmlə dolu olduğunu bildirib. Həm rəssam, həm də tamaşaçı təbiət gözəlliyini və ahəngdarlığını öyrənir. Azərbaycan və Çin xalqlarında isə arı müqəddəs həşərat sayılır. Arı əməksevərliyin, qənaətcilliyin, məhsuldarlığın və ev ocağının rəmzidir.
R.Abbasov həmçinin bildirib ki, arıçılıq qədim zamanlardan Çin və Azərbaycan ərazisində yayılıb, bal əsasında müalicəvi vasitələrdən geniş istifadə edilib. Azərbaycanın dilində və toponimikasında arıçılıqla bağlı adlar saxlanılıb, qədim Çin kitablarında arıçılıq sənəti təsvir edilib. Çin şairləri isə arıları şeirlərində vəsf ediblər.
Onlayn ustad dərsin iştirakçıları Çin üslubunda arıların təsvirinin texniki üsulları ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]