ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində Çinin milli bayramı qeyd olunub

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Çinin milli bayramı - Çin Arzusu Gününə həsr olunmuş onlayn tələbə seminarı keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin arzusu”nun üç əsas hədəfindən - Çinin zəngin, qüdrətli, demokratik, sivilizasiyalı və sosialist dövlətinə çevrilməsi, Çin millətinin dirçəldilməsi və xalq üçün xoşbəxt həyat yaradılmasından danışıb.

Universitetin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri isə Azərbaycanın strateji nəqliyyat-iqtisadi qovşağı olan “İpək Yolu iqtisadi kəməri”ndə ticarət əlaqələrinin genişləndirilməsi, “Çin arzusu” konsepsiyasının yaranma tarixi, inkişafı və həyata keçirilmə şərtlərindən bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.