ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub

Bakı, 12 noyabr, AZƏRTAC 

Azərbaycan Dillər Universitetində “YARAT” Müasir İncəsənət Məkanının təqdimatı olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə “YARAT”ın təhsil proqramları üzrə meneceri Ruqiyyə Salmanova təmsil etdiyi mərkəz haqqında ümumi məlumat verərək, təşkilatın həyata keçirdiyi layihələrdən, maarifləndirici tədbirlərdən, müasir incəsənətlə yaxından tanış olmaq üçün yaratdığı imkanlardan söhbət açıb.

R.Salmanova ART könüllü proqramı barədə də danışıb. Qeyd edib ki, proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və incəsənətin digər sahələrində layihələr üzrə təcrübə qazanmaq imkanı yaradır.

Təqdimatın sonunda ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı çıxış edərək tələbələri “YARAT”ın layihələrində fəal iştirak etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.