ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində dəyirmi masa: Müstəqil Azərbaycanın Konstitusiyası

Bakı, 12 noyabr, AZƏRTAC 

Noyabrın 12-də Azərbaycan Dillər Universitetində ADU üzrə YAP ilk ərazi təşkilatı, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın Konstitusiyası” mövzusunda dəyirmi masa keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, ADU üzrə YAP ilk ərazi təşkilatının sədri Sərraf Hüseynov müasir və müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi tarixindən söz açıb. Bildirib ki, müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranmışdı. Bunun üçün ümummilli lider Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Azərbaycan Konstitusiyasının inkişafı tarixi” mövzusunda çıxış edib.

Vurğulanıb ki, Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilib. 1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikada baş verən ictimai-siyasi dəyişikliklər nəticə etibarilə 1925, 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri edib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunub. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlkilər kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının professoru Mehriban Abbasova “Azərbaycan Konstitusiyasında referendumlar” mövzusunda çıxış edib. Bildirib ki, 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.