ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində əlavə təhsilə sənəd qəbulu aparılır

Bakı, 10 iyul, AZƏRTAC

2021/2022-ci tədris ilində Azərbaycan Dillər Universitetində bütün ixtisaslar üzrə təkrar ali təhsil və kadrların yenidənhazırlanması üçün müsabiqə yolu ilə qəbul davam edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sənədlər avqust ayının 10-na kimi (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul ediləcək.

Tələb olunan sənədlər:

-rektorun adına ərizə;

-diplom (yaxud diplomu əvəz edən arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;

-şəxsiyyət vəsiqəsinin surəti;

-3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

-sağlamlıq haqqında arayış.

Sənədlərin təqdimi üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.