ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində əlavə təhsilə sənəd qəbulu aparılır

Bakı, 22 iyul, AZƏRTAC

2021/2022-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu avqustun 10-dək davam edəcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sənədlər hər gün (istirahət günlərindən başqa) saat 10:00-dan 15:00-dək qəbul olunur.

Tələb olunan sənədlər:

- rektorun adına ərizə;

- diplom (yaxud diplomu əvəz edən arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

- sağlamlıq haqqında arayış.

Sənədlərin təqdimi üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.